image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı

Bütün suallar

  • Malahat Yeni 1 həftə əvvəl
    Bakida indi harada ağaclar və güllər gözəl çiçəkləyir? Hara getmək olar?

    Axşamınız xeyir 🙋‍♀️ Bahar artıq özünü tam göstərir və bir çox yerlərdə ağaclar çiçəkləyib. Siz ən çox harada bu gözəlliyi görmüsünüz? Haranı tövsiyə edərdiniz? 😍

  • Arif Yeni 1 həftə əvvəl
    Gənclər

    Hər vaxtınız xeyir! Son illərdə gənclərin dünyaya baxışı, prioritetləri və həyat tərzi ciddi şəkildə dəyişib. Karyera, pul, azadlıq, şəxsi inkişaf və münasibətlər kimi anlayışlara yanaşma əvvəlki dövrlərdən fərqlənir. Sizcə, bu dəyişikliklər müsbətdir yoxsa cəmiyyət üçün risk yaradır?

  • Konul Yeni 1 həftə əvvəl
    Balkonda nə əkək?

    Balkonda yazda nə əkə bilərəm ki, həm gözəl görünsün, həm də baxımı çox çətin olmasın? (bəli, bir az gülməli səslənir, amma mövzu aktualdır 😂)

  • Zeyneb Yeni 3 həftə əvvəl
    Uşağımı bağçaya vermək istəyirəm necə düzgün başlamaq lazımdır?

    Salam👋 Uşağımı yaxın zamanda bağçaya verməyi düşünürəm, amma adaptasiyanın necə keçəcəyindən narahatam. Nəyə hazır olmalıyam və prosesi necə daha rahat edə bilərəm?

  • Mehriban Yeni 3 həftə əvvəl
    Texnikanı ən ucuz haradan tapırsınız?

    Salam 🙂 Rəsmi mağaza, yoxsa daha ucuz variant? Siz nəyi seçirsiniz?

  • Gulshan Yeni 3 həftə əvvəl
    Bakida ən rahat istirahət məkanları haradadır?

    Bakida hazırda dincəlmək, sakit vaxt keçirmək və rahat atmosferdən zövq almaq üçün ən yaxşı yerlər hansılardır?

  • Tarlan Yeni 3 həftə əvvəl
    Köçəndə ən çox nə əsəb edir?

    Hər vaxtınız xeyir olsun. Siz köçəndə ən çox nədən yorulursunuz əşyalar, qiymətlər, yoxsa ümumi proses?

  • Yalchin Yeni 3 həftə əvvəl
    Siz olsaydınız mərkəzdə kirayə, yoxsa kənarda öz eviniz?

    Sizcə, şəhər mərkəzində kirayə qalmaq daha yaxşıdır yoxsa bir az uzaqda öz evinə sahib olmaq?

  • Nergiz Yeni 3 həftə əvvəl
    Dünən yağışdan qaçırdıq, bu gün günəşdən gizlənirik 😄

    Sabahınız xeyir ☀️ Bir gün sel, küçələr su altında… sabah isə günəş, isti hava Bu necə hava rejimidir belə? Siz artıq nə geyinəcəyinizi necə qərar verirsiniz? 😂

  • Inci Yeni 3 həftə əvvəl
    Ev heyvanınızı özünüz yuyursunuz, yoxsa groomerə aparırsınız?

    Salam) Ev heyvanını evdə yumaq daha yaxşıdır, yoxsa groomerə aparmaq? Siz hansını seçirsiniz?

  • Uzeyir Yeni 3 həftə əvvəl
    AI sizə kömək edir, yoxsa sizi əvəz edir?

    Salam 👋 Süni intellektdən istifadə edirsiniz? İşdə və ya gündəlik həyatda sizə necə təsir edir?

  • Shahla Yeni 3 həftə əvvəl
    Novruzdan sonra son istirahət günü…

    Hamıya salaam)) Bayram bitir, sabah yenə iş başlayır… Bu son istirahət gününü necə keçirirsiniz? Evdə dincəlmək, yoxsa çıxıb harasa getmək?

  • Ayan Yeni 4 həftə əvvəl
    Stabillik daha yaxşıdır, yoxsa risk edib böyümək?

    Hər vaxtınız xeyir)) Bəzi insanlar stabilliyi seçir, bəziləri isə risk edib daha böyük nəticələr əldə etməyə çalışır. Sizcə uğur qazanmaq üçün hansını seçmək daha doğrudur təhlükəsiz yol, yoxsa riskli amma perspektivli yol?

  • Sabuhi Yeni 4 həftə əvvəl
    İndi maşın almaq sərfəlidir?

    Sabahınız xeyir 👋 Sizcə hazırda maşın almaq məntiqlidir, yoxsa qiymətlərə görə gözləmək daha yaxşıdır? Hansı modellər qiymətə dəyər?

  • Lamiya Yeni 4 həftə əvvəl
    Təhsilsiz uğur qazanmaq mümkündürmü?

    Axşamınız xeyir! Bu gün bir çox insan deyir ki, diplom olmadan da uğurlu olmaq mümkündür. Siz bu fikirlə razısınız? Sizcə, daha vacib olan nədir təhsil, yoxsa real bacarıqlar və təcrübə?

  • Ilqar Yeni 4 həftə əvvəl
    Bu havada xənqəl yeməyə hara gedək?

    Salaam)) Yağışlı havada dostlarla və ya ailə ilə çıxıb xinkali yemək istəyənlər üçün Bakıda ən yaxşı seçimlər hansılardır? Siz öz təcrübənizə əsasən hansı məkanları tövsiyə edərsiniz və niyə məhz ora gedirsiniz? 🤔

  • Musa Yeni 4 həftə əvvəl
    Bakıda ən sürətlə inkişaf edən rayonlar hansılardır?

    Dostlar, salam! Sizcə, hazırda Bakıda hansı rayonlarda qiymətlər daha tez artır və gələcəkdə ən böyük potensial haradadır?

  • Togrul Yeni 1 ay əvvəl
    Pul yığmaq hələ də məntiqlidir?

    Hər vaxtınız xeyir olsun!! Son illərdə dünya çox dəyişdi. müharibələr, iqtisadi qeyri-müəyyənlik, qiymətlərin artması. İnsan sabah nə olacağını dəqiq bilmir. Bir tərəfdən deyirlər pul yığ, ehtiyatın olsun. Digər tərəfdən isə düşünürsən həyat qeyri-sabitdirsə, bəlkə indi yaşamaq daha doğrudur? Siz necə düşünürsünüz?

  • Nargiz Yeni 1 ay əvvəl
    Bakıda şirniyyat yeməyə hara getmək olar?

    Standart desertlərdən bezən var? Hara gedirsən eyni şeylər: tiramisu, cheesecake, şokolad tortu. Elə yer axtarıram ki, menyuya baxanda həqiqətən maraqlı gəlsin. Bakıda belə yerlər varmı?

  • Nargila Yeni 1 ay əvvəl
    ChatGPT real bacarıqları əvəz edə bilər?

    Hamıya salam. Bir insan gündəlik işlərində demək olar ki, hər şeyi ChatGPT ilə edir.mətn yazmaq, ideya tapmaq, hətta sadə qərarlar vermək. Əvvəlcə bu çox rahat görünür vaxt qazanır, nəticə də pis olmur. Amma bir müddətdən sonra o başa düşür ki, ChatGPT olmadan eyni işi özü etməkdə çətinlik çəkir. Yəni nəticə var, amma şəxsi inkişaf o qədər də yoxdur 🤷‍♀️ Bu vəziyyətdə sual yaranır, sizcə, texnologiya insanı daha güclü edir, yoxsa bir az tənbəlləşdirir?

  • Sual 7 test
    cavab 7 test