Bakida indi harada ağaclar və güllər gözəl çiçəkləyir? Hara getmək olar?
-
-
Malahat
Yeni
3 həftə əvvəl
Bakida indi harada ağaclar və güllər gözəl çiçəkləyir? Hara getmək olar?Axşamınız xeyir 🙋♀️ Bahar artıq özünü tam göstərir və bir çox yerlərdə ağaclar çiçəkləyib. Siz ən çox harada bu gözəlliyi görmüsünüz? Haranı tövsiyə edərdiniz? 😍
cavablar
Narmin Yeni 3 həftə əvvəl
Salam. Dünən Nizami Gəncəvi parkda idim və açığı çox xoşuma gəldi. Oranın bir üstünlüyü odur ki, çox səs-küylü deyil, rahat gəzmək olur
0
Nargila
Yeni
3 həftə əvvəl
Botanika bağı 😍 Аçığı şəhərin içində belə bir yerin olması çox yaxşıdır. Çox müxtəlif ağaclar var və indi demək olar ki, hamısı çiçəkləyir. Orada gəzdikcə sanki şəhərdən çıxmış kimi hiss edirsən
0Lamiya Yeni 3 həftə əvvəl
Bulvar. Bəlkə klassik səslənir amma indi bulvar çox gözəldir həm çiçəklər var, həm də dəniz havası. Üstəlik uzun-uzun gəzmək olur, darıxmırsan
-