image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı

Pul yığmaq hələ də məntiqlidir?

    • Togrul Yeni 3 həftə əvvəl
      Pul yığmaq hələ də məntiqlidir?

      Hər vaxtınız xeyir olsun!! Son illərdə dünya çox dəyişdi. müharibələr, iqtisadi qeyri-müəyyənlik, qiymətlərin artması. İnsan sabah nə olacağını dəqiq bilmir. Bir tərəfdən deyirlər pul yığ, ehtiyatın olsun. Digər tərəfdən isə düşünürsən həyat qeyri-sabitdirsə, bəlkə indi yaşamaq daha doğrudur? Siz necə düşünürsünüz?

      Suala cavab ver / Fikrinizi bildirin

      cavablar

      Turan Yeni 3 həftə əvvəl

      Salam. Məncə, belə dövrdə pul yığmaq daha vacibdir. Çünki qarışıqlıq artdıqca, ehtiyatın olması insanı daha rahat hiss etdirir. Sabah nə olacağını bilmirsən, amma ən azından maliyyə baxımından hazır ola bilərsən. Bu bəlkə də həyatını xilas etməz, amma stressi azaldır

      0
      Togrul Yeni 3 həftə əvvəl

      Pul yığmaq istəyirəm…amma həyat deyir indi yaşa 😂

      0
      Eldar Yeni 3 həftə əvvəl

      Açığı, mən daha çox indi yaşa tərəfdarıyam. Çünki son illər göstərdi ki, planlar bir anda dəyişə bilər. İnsan illərlə yığır, amma sonra baş verən hadisələrə görə heç istifadə edə bilmir. Ona görə düşünürəm ki, balans yox, bir az daha indiki həyata fokuslanmaq lazımdır

      0
      Vusala Yeni 3 həftə əvvəl

      bu iki yanaşmanı ayırmaq düzgün deyil. Tam xərcləməkdə risklidir, hər şeyi yığmaqda 😅 Ən yaxşı variant həm yaşamaq, həm də müəyyən ehtiyat saxlamaqdır. Yəni nə özünü sıxmaq, nə də tam məsuliyyətsiz olmaq

      0
      Zarina Yeni 3 həftə əvvəl

      Mən çalışıram pul yığım…amma hər dəfə maaş gələndə planlarım dəyişir 😂😂

      Zarina Yeni 3 həftə əvvəl

      Tək deyiləm 😂😂😂

      0