ChatGPT real bacarıqları əvəz edə bilər?
-
-
Nargila
Yeni
3 həftə əvvəl
ChatGPT real bacarıqları əvəz edə bilər?Hamıya salam. Bir insan gündəlik işlərində demək olar ki, hər şeyi ChatGPT ilə edir.mətn yazmaq, ideya tapmaq, hətta sadə qərarlar vermək. Əvvəlcə bu çox rahat görünür vaxt qazanır, nəticə də pis olmur. Amma bir müddətdən sonra o başa düşür ki, ChatGPT olmadan eyni işi özü etməkdə çətinlik çəkir. Yəni nəticə var, amma şəxsi inkişaf o qədər də yoxdur 🤷♀️ Bu vəziyyətdə sual yaranır, sizcə, texnologiya insanı daha güclü edir, yoxsa bir az tənbəlləşdirir?
cavablar
Xatira Yeni 3 həftə əvvəl
Salam. Məncə ChatGPT heç nəyi əvəz etmir, sadəcə prosesi sürətləndirir. Əvvəllər də insanlar Google istifadə edirdi, indi isə daha rahat alət var 🙄🙄 Əsas məsələ ondadır ki, sən onu necə istifadə edirsən. Əgər öyrənmək üçün istifadə edirsənsə inkişaf edirsən, əgər hazır cavabları düşünmədən götürürsənsə onda geriləyirsən
0
Elshan
Yeni
3 həftə əvvəl
Hər şey balansdan asılıdır. ChatGPT istifadə etmək pis deyil, əksinə çox faydalıdır. Amma tam ona güvənməkdə düzgün deyil. Əgər sən əvvəl özün düşünürsənsə, sonra yoxlayırsansa bu inkişafdır. Amma birbaşa hazır cavab götürürsənsə, bu artıq asılılıqdır 🤷
0Jamila Yeni 3 həftə əvvəl
Salam. Əgər bir insan hər şeyi ChatGPT buraxırsa, problem alətdə deyil. Sadəcə özü inkişaf etmək istəmir 😌
0
-