Müasir avtomobillərdə niyə bu qədər ekran var, amma düymə demək olar ki qalmayıb?
-
-
Elshan
Newbie
2 months ago
Müasir avtomobillərdə niyə bu qədər ekran var, amma düymə demək olar ki qalmayıb?Hamıya salam 👍yeni model bir avtomobil sürmək imkanım oldu və açığı sadə funksiyaların belə sensor ekrana gizlədilməsi məni təəccübləndirdi. Ventilyatorun sürətini artırmaq, oturacaq qızdırıcısını açmaq, hətta bəzi sürüş rejimlərini dəyişmək üçün gözünü yoldan çəkib menyular arasında gəzməlisən 🤦♂️ Köhnə maşınlardakı mexaniki düymələr və çevirməklər mənə daha sürətli və daha rahat gəlirdi İstehsalçılar bunu texnoloji inkişaf kimi təqdim edirlər, amma kənardan baxanda bu daha çox xərclərin azaldılması və müasirlik adı altında bəzədilmiş bir yanaşma təsiri bağışlayır. Fiziki düymələrdə əzələ yaddaşı formalaşırdı sürücü baxmadan, düşünmədən istədiyini edə bilirdi. Sensor ekranlar isə yalnız hər şey problemsiz işləyəndə gözəl görünür. Proqram gecikəndə, ekran günəş işığında oxunmayanda və ya sistem donanda bu rahatlıq dərhal yox olur. Texnologiyaya qarşı deyiləm, amma bir düyməni çevirməyin niyə birdən-birə köhnəlmiş sayıldığını anlamaq çətindir. Sürücülük onsuz da maksimum diqqət tələb edir. Üzərinə əlavə vizual yayındırıcılar gətirmək isə irəli addımdan çox, geri addım kimi görünür 🤦♂️ səhər-səhər deyindim biraz 😁
answers
Said
Newbie
2 months ago
Əslində məsələ çox sadədir. Bir ekranla bir neçə funksiyanı idarə etmək istehsalçı üçün daha ucuzdur, nəinki hər şey üçün ayrıca düymə qoymaq. Qısa müddətdə onlara sərf edir)) Amma uzun müddətdə bütün problem sürücünün üzərinə düşür. Zəmanət bitəndən sonra ekran sıradan çıxsa, dəyişmək çox bahadır. İstehsalçı üçün problem deyil, amma istifadəçi faktiki olaraq çıxılmaz vəziyyətdə qalır, həmişə ki kimi 😂
0
Elshan
Newbie
2 months ago
İstehsalı ucuzdur, təmiri isə bahalıdır 🙄
0Elgiz Newbie 2 months ago
Salam, düymələr də əlbəttə ki xarab ola bilər. Onları dəyişmək də ucuz başa gəlmir. normalda düşünəndə elə görünür ki, sadəcə ekranı dəyişmək daha sərfəli olmalıdır, amma reallıqda brendlər orijinal hissələrə çox baha qiymət qoyur Yəni əsas səbəb yenə puldur. Bir də kənardan baxanda ekranlı salon insanlara daha müasir görünür, xüsusən avtomobildən çox başı çıxmayanlara. İstehsalçılar da məhz buna oynayır
0
Rahim
Newbie
2 months ago
RAZIYAM 😂 Düymələr ekranlar qədər tez sıradan çıxmır və onları dəyişmək də xeyli asan və ucuzdur. Ekranlar isə istehsalçı üçün daha rahat və ucuz həll yoludur, amma istifadəçi üçün nə təmir, nə də uzunömürlülük baxımından heç bir üstünlük vermir...üstəlik çox vaxt idarəetmə baxımından da daha narahat olur
0
-