Car Repair and Maintenance
Car Repair and Maintenance
-
-
Elshan
Newbie
2 months ago
Müasir avtomobillərdə niyə bu qədər ekran var, amma düymə demək olar ki qalmayıb?Hamıya salam 👍yeni model bir avtomobil sürmək imkanım oldu və açığı sadə funksiyaların belə sensor ekrana gizlədilməsi məni təəccübləndirdi. Ventilyatorun sürətini artırmaq, oturacaq qızdırıcısını açmaq, hətta bəzi sürüş rejimlərini dəyişmək üçün gözünü yoldan çəkib menyular arasında gəzməlisən 🤦♂️ Köhnə maşınlardakı mexaniki düymələr və çevirməklər mənə daha sürətli və daha rahat gəlirdi İstehsalçılar bunu texnoloji inkişaf kimi təqdim edirlər, amma kənardan baxanda bu daha çox xərclərin azaldılması və müasirlik adı altında bəzədilmiş bir yanaşma təsiri bağışlayır. Fiziki düymələrdə əzələ yaddaşı formalaşırdı sürücü baxmadan, düşünmədən istədiyini edə bilirdi. Sensor ekranlar isə yalnız hər şey problemsiz işləyəndə gözəl görünür. Proqram gecikəndə, ekran günəş işığında oxunmayanda və ya sistem donanda bu rahatlıq dərhal yox olur. Texnologiyaya qarşı deyiləm, amma bir düyməni çevirməyin niyə birdən-birə köhnəlmiş sayıldığını anlamaq çətindir. Sürücülük onsuz da maksimum diqqət tələb edir. Üzərinə əlavə vizual yayındırıcılar gətirmək isə irəli addımdan çox, geri addım kimi görünür 🤦♂️ səhər-səhər deyindim biraz 😁
-
-
-
Elvin
Newbie
4 months ago
Yenə maşın teması 😎 Siz eyni avtomobili 10 il dəyişdirmədən sürə bilərsiz?Hamıya salam!! təsəvvür edin sizdə əla işləyən avtomobil var və heç bir problem yoxdur. Amma hər yanda yeni modellər, elektrik avtomobilləri çıxır. Siz bu vəziyyətdə eyni maşını saxlamaq istərdiniz, yoxsa yeni model almağa can atardınız?
-
-
-
Elvin
Newbie
4 months ago
Daxili yanma mühərrikləri tamamilə yox olacaq?Sabahınız xeyir 🤝 Son vaxtlar bu sual getdikcə daha çox müzakirə olunur, elektromobillərin sürətlə inkişafı fonunda daxili yanma mühərrikli avtomobillər doğrudan birdəfəlik tarixə qovuşa bilər? Bu mövzu bir çox avtomobil həvəskarını narahat edir və geniş müzakirələrə səbəb olur. Sizcə axırı necə olacaq? 😂
-
-
-
Azer
Newbie
4 months ago
Avtoservis seçimi...rəsmi diler, yoxsa özəl avtoservislərdə?Avtomobili harada təmir etdirmək daha yaxşıdır, rəsmi dilerlərdə yoxsa özəl avtoservislərdə?
-
-
-
Orkhan
Newbie
4 months ago
Yağışdan sonra maşın qəribə səslər çıxarmağa başladıSabahınız xeyir. Bu gün işə gedəndə yolun ortasında yenə mini göllər əmələ gəlib, dayanmağa da yer yox idi keçməli oldum. Keçəndən sonra maşında balaca səsküy hiss etdim. İndi fikirləşirəm bəlkə də asqıya su dəyib nəsə olub?
-
-
-
Said
Newbie
4 months ago
Yanacaq doldurmaq zamanı kart və bonuslar sizə sərfəlidir, yoxsa fərqi yoxdur?Hər vaxtınız xeyır 🙋♂️ Hər hansı benzin stansiyasının mobil tətbiqini istifadə edirsiniz?
-
-
-
Rashad
Newbie
4 months ago
Yağ dəyişikliyi sonrası damcı problemi - sürücülərin sualıSabahınız xeyir! Keçən həftə maşınımda yağ dəyişdirdim. Bir neçə gün sonra həyətin asfaltında bir-iki yağ damcısı gördüm. Fikirləşdim ki, bəlkə də ustada nəsə düzgün bağlanmayıb. Maşını yenidən servizə apardım dedilər ki, heç bir sızma yoxdur sadəcə yağ dəyişəndə bir az yağ alt hissəyə tökülüb və tam təmizlənməyib. Onu yuyub təmizlədilər və dedilər ki, narahat olmayım. Amma servisdən sonra yenə balaca bir yağ izi gördüm və indi düşünürəm bu əvvəlki yağın qalıntısıdır yoxsa maşın yenidən damcı salır? Adətən alt hissəyə yapışan yağ bir neçə gün ərzində tökülüb gedə bilər yoxsa yaxşı təmizlənibsə artıq heç nə görünməməlidir?
-
-
-
Arif
Newbie
4 months ago
Elektrik maşınlarına keçid nə vaxt real olacaq?Hər vaxtınız xeyir dostlar. Sizcə 5-10 ilə benzin maşınları unudacayıq yoxsa hələ tezdir?
-