Car and Transport
Car and Transport
-
-
Sabuhi
Newbie
3 weeks ago
İndi maşın almaq sərfəlidir?Sabahınız xeyir 👋 Sizcə hazırda maşın almaq məntiqlidir, yoxsa qiymətlərə görə gözləmək daha yaxşıdır? Hansı modellər qiymətə dəyər?
-
-
-
Kamal
Newbie
3 weeks ago
Tam elektrik maşın, yoxsa hibrid?Hamıya salam. Sizcə daha yaxşı seçim hansıdır tam elektrik maşın, yoxsa hibrid? Hansını almağa dəyər?
-
-
-
Elvin
Newbie
3 weeks ago
Maşından imtinaSalam, dostlar 👍İctimai nəqliyyat yaxşı olsa, insanlar maşından imtina edər?
-
-
-
Said
Newbie
3 weeks ago
Bakıda park yeri tapmaq niyə bu qədər çətindir?Hamıya salam! Bayramınız mübarək! indi isə sual)) Bakıda park yeri tapmaq artıq questə çevrilib 😅 20 dəqiqə fırlanırsan axırda ya harasa sıxışdırıb saxlayırsan, ya da ümumiyyətlə uzaqda qoyursan. İndi bayram günləridir hamı şəhərdədir bu aydındır, amma adi günlərdə də vəziyyət demək olar ki, eynidir. Sizdə də belədir? Bu problem niyə bu qədər pik həddə çatıb?
-
-
-
Hikmet
Newbie
1 month ago
Bakıda elektrik avtomobillərini harada şarj etmək olar?Hər vaxtınız xeyir olsun. Bakıda elektrik avtomobili olanlar maşınlarını harada şarj edə bilərlər? Şəhərdə hansı yerlərdə şarj stansiyaları var?
-
-
-
Arzu
Newbie
1 month ago
Elektromobillər gələcəkdir, yoxsa sadəcə müvəqqəti trend?Son vaxtlar maşını dəyişmək istəyirəm və fikirləşirəm ki, bəlkə elektromobil alım. Öz-özümə deyirəm nə benzin növbəsi, nə də yanacaq qiyməti dərdi 😄 Amma sonra düşünürəm birdən şarj axtara-axtara şəhəri gəzərəm? Dostlardan biri deyir gələcək elektrikindir, o biri isə deyir hələ tezdir, sonra peşman olarsan 😄 İndi qalmışam iki fikir arasında.Telefon kimi powerbank daşımaq olmur axı 😄😄
-
-
-
Elvin
Newbie
1 month ago
Maşınların qiymətləri necə dəyişib və səbəbi nədir?Hər vaxtıınız xeyir. Burda sual verdilər ki maşın alanda səhvlər hansılardır, sonra dedim maşınların qiymətlərinə baxım, qiymətlər əvvəlki kimi deyil 🥲 bəzi modellər xeyli bahalaşıb, xüsusilə hibrid və yeni maşınlar...
-
-
-
Azer
Newbie
1 month ago
Bakida avtomobil alarkən ən çox edilən səhvlər nələrdir?Hamıya Salam. Son vaxtlar maşın bazarına baxdıqca görürəm ki, seçim etmək o qədər də asan deyil. Bakida qiymətlər fərqlidir, bəzən maşınlar yaxşı görünür, amma sonra problemlər çıxır. Tanışlardan da eşidirəm ki, tələsib alıblar və sonradan peşman olublar. texniki problemlər, gizli xərclər. Mən də düşünürəm maşın alanda insanlar ən çox hansı səhvləri edir və bunlardan necə qaçmaq olar?
-
-
-
Elvin
Newbie
1 month ago
Bakıda maşın almaqa aktual modellər və seçimlərHər vaxtınız xeyir hamıya. Sizcə Bakıda gündəlik istifadə üçün hansı maşın daha uyğundur?
-
-
-
Elshan
Newbie
2 months ago
Müasir avtomobillərdə niyə bu qədər ekran var, amma düymə demək olar ki qalmayıb?Hamıya salam 👍yeni model bir avtomobil sürmək imkanım oldu və açığı sadə funksiyaların belə sensor ekrana gizlədilməsi məni təəccübləndirdi. Ventilyatorun sürətini artırmaq, oturacaq qızdırıcısını açmaq, hətta bəzi sürüş rejimlərini dəyişmək üçün gözünü yoldan çəkib menyular arasında gəzməlisən 🤦♂️ Köhnə maşınlardakı mexaniki düymələr və çevirməklər mənə daha sürətli və daha rahat gəlirdi İstehsalçılar bunu texnoloji inkişaf kimi təqdim edirlər, amma kənardan baxanda bu daha çox xərclərin azaldılması və müasirlik adı altında bəzədilmiş bir yanaşma təsiri bağışlayır. Fiziki düymələrdə əzələ yaddaşı formalaşırdı sürücü baxmadan, düşünmədən istədiyini edə bilirdi. Sensor ekranlar isə yalnız hər şey problemsiz işləyəndə gözəl görünür. Proqram gecikəndə, ekran günəş işığında oxunmayanda və ya sistem donanda bu rahatlıq dərhal yox olur. Texnologiyaya qarşı deyiləm, amma bir düyməni çevirməyin niyə birdən-birə köhnəlmiş sayıldığını anlamaq çətindir. Sürücülük onsuz da maksimum diqqət tələb edir. Üzərinə əlavə vizual yayındırıcılar gətirmək isə irəli addımdan çox, geri addım kimi görünür 🤦♂️ səhər-səhər deyindim biraz 😁
-
-
-
Nazrin
Newbie
3 months ago
Bakida ilk maşını hansını seçmək daha yaxşıdır?Salam! Nəhayət sürücülük imtahanımı keçdim və artıq Bakıda ilk maşınımı almağı düşünürəm 🥹 Maşınlardan çox başım çıxmır, amma işə getmək, şəhərdə rahat hərəkət etmək üçün bir maşın istəyirəm. Əslində mən Miniləri çox sevirəm, çox şirin görünürlər, amma eşitdiyim rəylər qarışıqdır 🤷♀️ Büdcəm elə də böyük deyil, amma etibarlı və qənaətcil bir avtomobil almağa hazıram
-
-
-
Fuad
Newbie
3 months ago
Ən ideal və ən problemli avtomobil həvəskarları kimlərdir?Avtomobil sevənlərin hərəsinin maşına baxışı fərqlidir. Kimisi zövq üçün sürür, kimisi sübut etmək üçün. Məsələ də elə buradan başlayır 😄Sən özünü hansı kateqoriyasına aid edirsən?
-
-
-
Afag
Newbie
3 months ago
Bakı şəhər nəqliyyatıHər vaxtınız xeyir olsun 🙋♀️ Bakı şəhər nəqliyyatının keyfiyyətini necə qiymətləndirirsiniz?
-
-
-
Elvin
Newbie
3 months ago
2026-cı ildə hansı şinləri seçmək lazımdır?Hamıya salam 🤝 Hazırda hansı şin brendləri ən etibarlı sayılır?
-
-
-
Elvin
Newbie
3 months ago
Bakıda şəxsi avtomobil saxlamaq sərfəlidir, yoxsa taksi daha rahatdır?Hamıya salam! Bakıda tıxaclar, parklanma problemləri və avtomobil xərcləri getdikcə artır. Ona görə də çoxları öz maşını ilə gəzmək əvəzinə taksini seçməyin daha məntiqli olub olmadığını soruşur
-
-
-
Rauf
Newbie
3 months ago
Changan yoxsa Lixiang?Hamıya salam! Mən maşın seçimi qarşısındayam: Changan yoxsa Lixiang?
-
-
-
Ilham
Newbie
4 months ago
Xaricdən Bakıya maşın sifarişi necə olur?Axşamınız xeyir 👋 Son illər Bakıda bir çox insan avtomobili yerli bazardan yox, xaricdən sifariş etməyə üstünlük verir. Səbəb sadədir daha geniş seçim və daha sərfəli qiymət, amma nəyə ən çox fikir vermək lazımdır?
-
-
-
Elvin
Newbie
4 months ago
Bakıdakı parkovka macəraları 😂Hər vaxtınız xeyir olsun👋 Bakı şəhərində maşın sürənlər bilir ki, boş park yeri tapmaq bəzən əsl çətinlik olur...amma hər kəsin öz təcrübəsi var, bölüşün parkovka üçün ən yaxşı yerlər hansılardır?
-
-
-
Elvin
Newbie
4 months ago
Yenə maşın teması 😎 Siz eyni avtomobili 10 il dəyişdirmədən sürə bilərsiz?Hamıya salam!! təsəvvür edin sizdə əla işləyən avtomobil var və heç bir problem yoxdur. Amma hər yanda yeni modellər, elektrik avtomobilləri çıxır. Siz bu vəziyyətdə eyni maşını saxlamaq istərdiniz, yoxsa yeni model almağa can atardınız?
-
-
-
Ilqar
Newbie
4 months ago
-