Gələcək sosial media tətbiqi sizcə necə olacaq?
-
-
Elvin
Yeni
4 ay əvvəl
Gələcək sosial media tətbiqi sizcə necə olacaq?Hamıya salam 🤝 Təsəvvür edin bir neçə ildən sonra (10+) yeni bir sosial media tətbiqi çıxır 😂 Sizcə o necə olacaq?
cavablar
Inci Yeni 4 ay əvvəl
Sabahınız xeyir) Məncə holoqrafik olacaq, Black Mirror serialındakı kimi 🤣
0
Saida
Yeni
4 ay əvvəl
Əgər AI həqiqətən ağıllıdırsa, yemək videolarına baxanda mənə tava yox yaxınlıqdakı hazır yemək çatdırılma xidmətlərinin reklamını göstərsin 😂
0
Kamran
Yeni
4 ay əvvəl
Düşünürəm ki lentlər indiki kimi bəyəndiyin şeylərə görə yox, sənin üçün ən vacib şeylərə görə düzüləcək. AI o qədər güclü olacaq ki artıq sənin nə görmək istədiyini özündən daha yaxşı biləcək 😀
0Tarlan Yeni 4 ay əvvəl
Paylaşımlar və xəbər lentləri daha ağıllı olacaq məncə🤷♂️ boş scroll yox hər şey faydalı olacaq
0
-