Ünsiyyət
Ünsiyyət
-
-
Mehriban
Yeni
2 həftə əvvəl
Texnikanı ən ucuz haradan tapırsınız?Salam 🙂 Rəsmi mağaza, yoxsa daha ucuz variant? Siz nəyi seçirsiniz?
-
-
-
Ayan
Yeni
3 həftə əvvəl
Stabillik daha yaxşıdır, yoxsa risk edib böyümək?Hər vaxtınız xeyir)) Bəzi insanlar stabilliyi seçir, bəziləri isə risk edib daha böyük nəticələr əldə etməyə çalışır. Sizcə uğur qazanmaq üçün hansını seçmək daha doğrudur təhlükəsiz yol, yoxsa riskli amma perspektivli yol?
-
-
-
Lamiya
Yeni
3 həftə əvvəl
Təhsilsiz uğur qazanmaq mümkündürmü?Axşamınız xeyir! Bu gün bir çox insan deyir ki, diplom olmadan da uğurlu olmaq mümkündür. Siz bu fikirlə razısınız? Sizcə, daha vacib olan nədir təhsil, yoxsa real bacarıqlar və təcrübə?
-
-
-
Togrul
Yeni
3 həftə əvvəl
Pul yığmaq hələ də məntiqlidir?Hər vaxtınız xeyir olsun!! Son illərdə dünya çox dəyişdi. müharibələr, iqtisadi qeyri-müəyyənlik, qiymətlərin artması. İnsan sabah nə olacağını dəqiq bilmir. Bir tərəfdən deyirlər pul yığ, ehtiyatın olsun. Digər tərəfdən isə düşünürsən həyat qeyri-sabitdirsə, bəlkə indi yaşamaq daha doğrudur? Siz necə düşünürsünüz?
-
-
-
Saadat
Yeni
3 həftə əvvəl
Nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?Salam. Belə maraqlı suallım var 🤔Təssəvür edin kimsə ilə danışarkən elə bir söz deyir ki, sən onunla razı deyilsən. Bilirsən ki, fikrini açıq desən mübahisə çıxa bilər... o 100% Susanda isə hər şey sakit qalır, amma içində bir narahatlıq qalır. İndi isə sual yaranır nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?
-
-
-
Sarkhan
Yeni
3 həftə əvvəl
Online işləmək daha yaxşıdır, yoxsa ofis?Axşamınız xeyir 🤝 Evdən işləmək rahatdır, amma ofisdə də başqa ab-hava var)) Siz hansını seçərdiniz?
-
-
-
Ulviya
Yeni
3 həftə əvvəl
Novruz BayramıSalam 🤗 Bu il Novruzu necə keçirdiniz? Şəhərdə ab-hava, dekor, təşkilat sizcə necə idi? Həqiqətən bayram hiss olunurdu, yoxsa əvvəlki illər daha yaxşı idi?
-
-
-
Nargiz
Yeni
1 ay əvvəl
Novruz bayramı üçün dekorSabahınız xeyir 🌱 Novruz bayramı üçün dekoru haradan almaq olar? Bayram süfrəsi üçün səməni, xonça, şamlar və digər bəzəkləri hansı mağazalarda və ya bazarlarda tapmaq mümkündür?
-
-
-
Saida
Yeni
1 ay əvvəl
Restoranda nə daha vacibdir atmosfer, yoxsa mətbəx?Hamıya salam və bayramınız mübarək 😇Keçən həftə dostlarla harasa oturmağa qərar verdik. Bir restoranın yeməkləri çox dadlıdır, amma içərisi səs-küylü və bir az sıxdır. Başqa bir yer isə çox rahat və gözəl mühitə malikdir, amma yeməkləri o qədər də yadda qalan deyil. Hamı fərqli fikir dedi və seçim çətin oldu...
-
-
-
Nargila
Yeni
2 ay əvvəl
Evi gözəl etmək üçün ucuz və şık fikirlər haradan tapırsınız?Hamıya salam 🥰Evdə dəyişiklik etmək istəyirəm, amma həm şık görünsün, həm də çox baha olmasın. Siz adətən ev üçün dekor, qab-qacaq, tekstil və xırda əşyaları haradan alırsınız?
-
-
-
Fidan
Yeni
2 ay əvvəl
Qızıl alışı)Salam❤️❤️❤️Qızlar, indi qızıl üzük-sirrəklər almaq daha yaxşıdır, yoxsa bijuteriya götürüb pulumu qızıl sikkələrə qoymaq? Mən bu işlərdə heç nə başa düşmürəm, zəhmət olmasa dürüst cavab yazın 😊 Məsələ belədir: qramı 585 prob qızıl artıq 180 AZN-dən başlayır… çox bahadır, üstəlik deyirlər tərkibi də pisdir, hətta 50%-dən az qızıl ola bilər 🙄 Və bir sual da: kim Azergold-dan qızıl sikkələr alıbsa, indi qiymətlər necədir? Sadə və dostca cavablar üçün təşəkkürlər! ❤️
-
-
-
Ulkar
Yeni
3 ay əvvəl
Hələ də evdə saxladığınız SSRİ dövründən hansı əşya var?Salam))) Hələ də evdə saxladığınız SSRİ dövründən hansı əşya var?
-
-
-
Inci
Yeni
3 ay əvvəl
Əgər indi dünyada yalnız bir şeyi düzəltmək mümkün olsaydı, bu nə olardı?Salam) Belə bir sualım) Əgər indi dünyada yalnız bir şeyi düzəltmək mümkün olsaydı, bu nə olardı?
-
-
-
Telli
Yeni
3 ay əvvəl
Ev tekstilini haradan almaq olar?Hər vaxtınız xeyir olsun. Pərdə, yorğan-döşək və digər ev tekstil məhsullarını Bakida haradan ən sərfəli və etibarlı şəkildə almaq olar?
-
-
-
Laman
Yeni
3 ay əvvəl
Bir ay ərzində tədbirə qədər arıqlamaq lazımdır🙏🙏🙏Salam))Qızlar, bir ay ərzində tədbirə qədər arıqlamaq lazımdır. Xahiş edirəm, ekspress pəhrizlər və ya şəxsən sizə kömək etmiş üsullar məsləhət görün.
-
-
-
Gulshan
Yeni
3 ay əvvəl
-
-
-
Gunay
Yeni
3 ay əvvəl
İstanbulda toySabahınız xeyir! Deyəsən hamı səhər və naharda yazır 🤣🤣 İndi isə suala keçək)) 27 sentyabr üçün İstanbulda toyumuzu planlaşdırırıq. Bir çox məkanı araşdırdıqdan sonra çoxlu gözəl bağ məkanları gördük, amma görünür ki, bütün məkan açıq havadadır 🥲 Hava yaxşı olsa, bu əla olar, amma yağış ya da soyuq olarsa, bu məkanlar adətən nə edirlər, bilən varmı? 😂 27 sentyabr etibarlı şəkildə isti və günəşli olurmu? Açıq havada toy planlaşdırmaq bu tarixdə sizcə məntiqlidir yoxsa risklidir? Təşəkkürlər!
-
-
-
Xatira
Yeni
3 ay əvvəl
Etmək daha yaxşıdır, yoxsa etmədiyinə görə peşman olmaq?Salam🙂Etmək daha yaxşıdır, yoxsa etmədiyinə görə peşman olmaq? Bir vaxtlar dizaynerliyə getmək istəyirdim amma yaxınlarım buna qarşı çıxdılar, dedilər ki, bizdə müəllimlər nəslidir, ənənəni pozma. İndi isə çox peşmanam. Məktəbdə müəllim işləyirə, amma hiss edirəm ki, bu mənlik deyil. Dizayn sahəsində ikinci təhsil almağı düşünürəm amma eyni zamanda fikirləşirəm ki artıq gecdir. Siz nə məsləhə
-
-
-
Lala
Yeni
3 ay əvvəl
İsti uggi almaq istəyirəm)Salam🖐️☺️Səyahətə çıxmağı planlaşdırıram isti uggi almaq istəyirəm, mütləq orijinal olmasa da olar. Kim bilir büdcəyə uyğun variant harada var?
-
-
-
Naila
Yeni
3 ay əvvəl
Gənclik metrosu ərazisində səhər saat 6-da haradan qəhvə almaq olar?☕Salam😙Gənclik metrosu ərazisində səhər saat 6-da haradan qəhvə almaq olar? Artıq axtarmaqdan yoruldum, hər yer bağlıdır.
-