Nə ilə məşğul olmaq?
Nə ilə məşğul olmaq?
-
-
Ayan
Yeni
3 həftə əvvəl
Stabillik daha yaxşıdır, yoxsa risk edib böyümək?Hər vaxtınız xeyir)) Bəzi insanlar stabilliyi seçir, bəziləri isə risk edib daha böyük nəticələr əldə etməyə çalışır. Sizcə uğur qazanmaq üçün hansını seçmək daha doğrudur təhlükəsiz yol, yoxsa riskli amma perspektivli yol?
-
-
-
Lamiya
Yeni
3 həftə əvvəl
Təhsilsiz uğur qazanmaq mümkündürmü?Axşamınız xeyir! Bu gün bir çox insan deyir ki, diplom olmadan da uğurlu olmaq mümkündür. Siz bu fikirlə razısınız? Sizcə, daha vacib olan nədir təhsil, yoxsa real bacarıqlar və təcrübə?
-
-
-
Togrul
Yeni
3 həftə əvvəl
Pul yığmaq hələ də məntiqlidir?Hər vaxtınız xeyir olsun!! Son illərdə dünya çox dəyişdi. müharibələr, iqtisadi qeyri-müəyyənlik, qiymətlərin artması. İnsan sabah nə olacağını dəqiq bilmir. Bir tərəfdən deyirlər pul yığ, ehtiyatın olsun. Digər tərəfdən isə düşünürsən həyat qeyri-sabitdirsə, bəlkə indi yaşamaq daha doğrudur? Siz necə düşünürsünüz?
-
-
-
Saadat
Yeni
3 həftə əvvəl
Nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?Salam. Belə maraqlı suallım var 🤔Təssəvür edin kimsə ilə danışarkən elə bir söz deyir ki, sən onunla razı deyilsən. Bilirsən ki, fikrini açıq desən mübahisə çıxa bilər... o 100% Susanda isə hər şey sakit qalır, amma içində bir narahatlıq qalır. İndi isə sual yaranır nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?
-
-
-
Sarkhan
Yeni
3 həftə əvvəl
Online işləmək daha yaxşıdır, yoxsa ofis?Axşamınız xeyir 🤝 Evdən işləmək rahatdır, amma ofisdə də başqa ab-hava var)) Siz hansını seçərdiniz?
-
-
-
Saida
Yeni
1 ay əvvəl
Restoranda nə daha vacibdir atmosfer, yoxsa mətbəx?Hamıya salam və bayramınız mübarək 😇Keçən həftə dostlarla harasa oturmağa qərar verdik. Bir restoranın yeməkləri çox dadlıdır, amma içərisi səs-küylü və bir az sıxdır. Başqa bir yer isə çox rahat və gözəl mühitə malikdir, amma yeməkləri o qədər də yadda qalan deyil. Hamı fərqli fikir dedi və seçim çətin oldu...
-
-
-
Gunay
Yeni
3 ay əvvəl
İstanbulda toySabahınız xeyir! Deyəsən hamı səhər və naharda yazır 🤣🤣 İndi isə suala keçək)) 27 sentyabr üçün İstanbulda toyumuzu planlaşdırırıq. Bir çox məkanı araşdırdıqdan sonra çoxlu gözəl bağ məkanları gördük, amma görünür ki, bütün məkan açıq havadadır 🥲 Hava yaxşı olsa, bu əla olar, amma yağış ya da soyuq olarsa, bu məkanlar adətən nə edirlər, bilən varmı? 😂 27 sentyabr etibarlı şəkildə isti və günəşli olurmu? Açıq havada toy planlaşdırmaq bu tarixdə sizcə məntiqlidir yoxsa risklidir? Təşəkkürlər!
-
-
-
Elnur
Yeni
3 ay əvvəl
Bu il sizin üçün sakit başladı, yoxsa xaotik?Salam. Yanvar ayı gəldi, siz necə keçirirsiniz, dincəlirsiniz yoxsa planlar qurursunuz?
-
-
-
Laman
Yeni
4 ay əvvəl
İstanbul kimi böyük şəhərdə tənha hiss etdikdə nə etmək olar?Salam hamıya) Mən 26 yaşındayam, İstanbulda yaşayıram. Səhər universitet, sonra iş, axşam isə ev… Günlər bir-birinə qarışır və bəzən həyatım yanımdan keçdiyini düşünürəm 😢Tənha olduğunuzu hiss edəndə nə edirsiniz?
-
-
-
Samira
Yeni
4 ay əvvəl
Əgər maliyyə baxımından tam sərbəst olsaydınız, indi nə ilə məşğul olardınız?Siz artıq pul problemi yaşamırsınız maaş, kreditlər və gündəlik xərclər sizi narahat etmir 😅 Bu halda siz nə edərdiniz? Yeni bir işə başlardınız, səyahət edərdiniz, yoxsa hobbilərlə məşğul olardınız?
-
-
-
Rena
Yeni
4 ay əvvəl
Yağış günündə nə əhvalınızı yaxşılaşdırır?Sabahınız xeyir Belə yağışlı havada adamın əhvalını dərhal qaldıran xırda şey nə ola bilər? Bu barədə fikirlərinizi bölüşün
-
-
-
Narmin
Yeni
4 ay əvvəl
Radikal dürüstlük və emosional təzyiq arasında sərhəd haradadır?Mən çaşmış vəziyyətdəyəm 😂
-