Yağ dəyişikliyi sonrası damcı problemi - sürücülərin sualı
-
-
Rashad
Новичок
4 месяца назад
Yağ dəyişikliyi sonrası damcı problemi - sürücülərin sualıSabahınız xeyir! Keçən həftə maşınımda yağ dəyişdirdim. Bir neçə gün sonra həyətin asfaltında bir-iki yağ damcısı gördüm. Fikirləşdim ki, bəlkə də ustada nəsə düzgün bağlanmayıb. Maşını yenidən servizə apardım dedilər ki, heç bir sızma yoxdur sadəcə yağ dəyişəndə bir az yağ alt hissəyə tökülüb və tam təmizlənməyib. Onu yuyub təmizlədilər və dedilər ki, narahat olmayım. Amma servisdən sonra yenə balaca bir yağ izi gördüm və indi düşünürəm bu əvvəlki yağın qalıntısıdır yoxsa maşın yenidən damcı salır? Adətən alt hissəyə yapışan yağ bir neçə gün ərzində tökülüb gedə bilər yoxsa yaxşı təmizlənibsə artıq heç nə görünməməlidir?
ответов
Samir
Новичок
4 месяца назад
Salam, qardaş. Əgər servisdən sonra maşının altı yaxşı təmizlənibsə görünən bir-iki damcı çox güman ki köhnə yağın qalığıdır. Bir-iki gün ərzində tam yox olmalıdır
0Etibar Новичок 4 месяца назад
Salam. Təmiz bir kağız və ya karton qoyub maşını üzərində park edin əgər yeni damcılar olmasa narahat olmağa ehtiyac yoxdur
Lamiya Новичок 4 месяца назад
Qorxmayın, maşın göz yaşı tökür😂
0Adil Новичок 4 месяца назад
Salam. Əgər damcılar həftə ərzində yox olmursa və ya yağ səviyyəsi düşürsə, ustaya yenidən göstərmək lazımdır
0
-