image
Все
  • Все
  • Баку
  • Гянджа
  • Сумгаит
  • Шамахы

Nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?

    • Saadat Новичок 3 недели назад
      Nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?

      Salam. Belə maraqlı suallım var 🤔Təssəvür edin kimsə ilə danışarkən elə bir söz deyir ki, sən onunla razı deyilsən. Bilirsən ki, fikrini açıq desən mübahisə çıxa bilər... o 100% Susanda isə hər şey sakit qalır, amma içində bir narahatlıq qalır. İndi isə sual yaranır nə vaxt susmaq və nə vaxt fikrini demək daha düzgündür?

      Ответить на вопрос / Выразить свое мнение

      ответов

      Mehriban Новичок 3 недели назад

      Salam. Əgər vacib mövzudursa mütləq deyərəm. Susmaqla problem həll olunmur ki sadəcə yığılır və sonra daha pis partlayır 🤷‍♀️Əslində necə demək daha vacibdir. Sərt yox, normal şəkildə fikrini çatdırmaq olar həm özünü qoruyursan, həm münasibəti

      0
      Sabir Новичок 3 недели назад

      Kimə və hansı mövzuda dediyindən asılıdır. Yaxın insandırsa deyərəm. Tanışdırsa susaram. Əgər əsəbiyəmsə, heç nə demirəm 😂 Sakitləşəndən sonra danışmaq daha düzgün olur

      0
      Hikmet Новичок 3 недели назад

      Hər vəziyyət eyni deyil. Əgər yaxın bir insandırsa və münasibət sənin üçün önəmlidirsə, fikrini demək daha doğrudur. Çünki uzun müddət susmaq münasibəti daha da soyuda bilər. Amma tanış və ya təsadüfi bir insandırsa, bəzən susmaq daha məntiqlidir, çünki o mübahisənin heç bir faydası yoxdur 🤔

      0