image
Все
  • Все
  • Баку
  • Гянджа
  • Сумгаит
  • Шамахы

Семья

    • Zeyneb Новичок 2 недели назад
      Uşağımı bağçaya vermək istəyirəm necə düzgün başlamaq lazımdır?

      Salam👋 Uşağımı yaxın zamanda bağçaya verməyi düşünürəm, amma adaptasiyanın necə keçəcəyindən narahatam. Nəyə hazır olmalıyam və prosesi necə daha rahat edə bilərəm?

    • Zaur Новичок 2 месяца назад
      Uşaq vaxtı asan olan dostluq, böyüklükdə niyə çətin olur?

      Salam, mən maraqlanıram uşaqlıqda və gənclikdə dostluğu saxlamaq asan olurdu, amma böyüklükdə niyə elə çətindir? Həyat, iş, məsafə, yoxsa sadəcə vaxt azlığıdır?

    • Nargila Новичок 3 месяца назад
      Məktəb seçimi🤔

      Hamıya salam☺️ Məktəblə bağlı sual yaranıb. Yeni tədris ilindən Bakıya köçürük. Səhərdən axşama qədər yaxşı təşkil olunmuş güclü məktəb lazımdır. Hansını məsləhət görə bilərsiniz? Məktəbin məzunlarının nəticələri necədir? Hər cür məlumat maraqlıdır, siyahı hazırlayırıq, tezliklə qərar verməliyik.

    • Ulkar Новичок 3 месяца назад
      ZAGS-da mərasim sizdə necə keçib?

      Salam😍Zəhmət olmasa, öz təcrübənizi paylaşın 🙏 ZAGS-da mərasim sizdə necə keçib? Hər şey maraqlıdır: - mərasimin özü nə qədər çəkir; - mərhələlərlə necə olur (çıxış, imzalar, üzüklərin taxılması və s. - neçə nəfəri dəvət etmək məsləhətdir və kimləri; Bir də əlavə sual: adətən ZAGS-dan sonra nə edirlər? Birbaşa restorana gedirlər, evə, fotosessiyaya, valideynlərin evinə, yoxsa bilməli olduğumuz hansısa adətlər var? İstənilən detal, məsləhət və şəxsi hekayələr üçün əvvəlcədən təşəkkür edirəm 🌸

    • Rena Новичок 3 месяца назад
      Maraqlar eyni olan insanları harada tapmaq olar?

      Bakıda maraqları eyni olan insanları harada tapmaq və tanış olmaq olar? Hansısa bir community 🤔

    • Sabuhi Новичок 3 месяца назад
      Qadınların kişiləri təsirləndirdiyini düşündüyü, amma əslində etməyən şeylər

      Axşamınız xeyir! Qadınlar bəzən hansı davranış və xüsusiyyətlərin kişilərə təsir etdiyini düşünür, amma əslində kişiləri cəlb etmək əvəzinə onlardan uzaqlaşdırır?

    • Armina Новичок 3 месяца назад
      Kişilər niyə illər sonra messaj atıb özlərini xatırladırlar?

      Salam🥳 Gələn bayramınız mübarək😘 Belə bir sual maraqlandırır. Keçmiş kişilər niyə illər sonra messaj atıb özlərini xatırladırlar? Xüsusilə bayramlarda daha aktiv olurlar. Bunun səbəbi nə ola bilər?

    • Laman Новичок 3 месяца назад
      Körpə qız üçün gözəl adlar

      Salam🤗🤗🤗Qızlar, xahiş edirəm, xaricdə yaşayacaq körpə qız üçün gözəl adlar yaza bilərsiz?

    • Ulkar Новичок 3 месяца назад
      Məktəbə arayış

      Salam. Qızlar, bu nə mövzudur, kim eşidib: deyirlər ki, uşaq məktəbə bir neçə gün, hətta 1 gün gəlməsə belə, ondan arayış tələb edirlər? Deyiblər ki, guya uşaqların dərsə davamiyyətsizliyinə görə müəllimə təxminən 200 manat civarında cərimə yazılır. Bəs uşaq xəstədirsə, amma mən poliklinikadan həkim çağırmıramsa, bunu mütləq etməliyəm? Nə haqqla üstəlik arayış üçün pul ödəməliyəm? Onlar bu yolla poliklinikaları maliyyələşdirmək istəyirlər? Məsələn, mənim öz müalicə edən pediatrım var, uşaq xəstələnəndə onu evə çağırıram, amma o arayış vermir.

    • Arzu Новичок 4 месяца назад
      Bakıdakı uşaq evlərinə necə hədiyyə aparmaq olar?

      Sizcə hansı hədiyyə uşaqlar üçün ən çox sevinci gətirir? oyun, kitab, geyim yoxsa şirniyyat? Hədiyyə vermək sadəcə jest deyil, həm də uşaqlara diqqət göstərmək birlikdə vaxt keçirmək üçün gözəl fürsətdir

    • Nisa Новичок 4 месяца назад
      Çox balaca uşaqlar üçün olan bağçalar haqqında nə düşünürsünüz?

      Salam. Qızlar, çox balaca uşaqlar üçün olan bağçalar haqqında nə düşünürsünüz? Son vaxtlar 3–4 aylıq uşaqlar üçün bağçalar tez-tez qarşıma çıxır. Valideynlər işləyəndə bunu başa düşmək olar (amma yenə də düşünürəm ki, dayə ilə evdə qalmaq daha yaxşıdır). Amma bir çoxu “inkişaf üçün” deyə uşağı bağçaya verir. Doğrudanmı 3 aylıq uşaq üçün evdə, anası ilə inkişaf etmək daha yaxşı deyil? Fərqli fikirləri eşitmək istəyirəm.

    • Malak Новичок 4 месяца назад
      Fərqli evlilik təklifi)

      Salam)) Mənə bir dostum müraciət edib, sevgilisinə evlilik təklifi etmək istəyir, amma adi şəkildə, restoranda yox, daha fərqli və orijinal olsun istəyir. Açığı, mənim elə də fikirlərim yoxdur. Bəlkə kimsə qeyri-adi formada evlilik təklifi edib və ya belə bir hal görüb? Paylaşa bilərsinizmi?

    • Saadat Новичок 4 месяца назад
      Sizi çaşdıran anlar

      Salam! Tanışlıq zamanı aldığın ən qarışıq qarışıq siqnal nə olub? 🤔

    • Sevinc Новичок 4 месяца назад
      Həri üçün restoran axtarıram

      Salam. Qızlar, xahiş edirəm Həri üçün normal yer məsləhət görün. Xoş olar ki, səkkizkənar kabinet olsun, çünki çox adam olmayacaq. Garaev və Neftçilər zonasında olsun zəhmət olmasa.

    • Inci Новичок 4 месяца назад
      Hansı uşaq kalyaskası modellərini məsləhət görərdiniz?

      Salam. Kidillo firmasının yeni doğulmuş körpələr üçün hansı uşaq kalyaskası modellərini məsləhət görərdiniz? Amma böyük beşikli (lülyəli) kalyaskaları çox sevmirəm. Mən kompak, yüngül, rahat bir şey istəyirəm ki, asanlıqla yığılıb maşına yerləşsin və hər yerdən rahat keçsin.

    • Shahla Новичок 4 месяца назад
      Green Flag

      O, ilk görüşlərdə sənə əminlik verən və xoşuna gələn davranış nə idi?

    • Afag Новичок 4 месяца назад
      Həri üçün nə aparırlar?

      Salam. Belə bir sualım var. Həri üçün nə aparırlar?

    • Musa Новичок 4 месяца назад
    • Malahat Новичок 4 месяца назад
      4 yaşlı qızım üçün yatmazdan əvvəl deyə biləcəyim sadə və heyrətamiz fakt hansılardır?

      Uşağım hər axşam yatmazdan əvvəl bir fakt soruşur. Mən istəyirəm ki həm sadə, həm də maraqlı olsun. Hansı mövzular və faktlar onun yaşına uyğun olar? Paylaşın, maraqlıdır

    • Nazrin Новичок 4 месяца назад
      Uşağın bir yaşını harada qeyd etmək olar?

      Hamıya salam! Zəhmət olmasa, restoran seçimində kömək edin! Uşağın bir yaşını qeyd etmək istəyirik, 30–40 nəfər üçün yerlər tövsiyə edin)