image
All
  • All
  • Baku
  • Ganja
  • Sumqayit
  • Shamakhi

Sosial şəbəkələrin gündəlik həyata təsiri

    • Sabina Newbie 2 months ago
      Sosial şəbəkələrin gündəlik həyata təsiri

      Salam! Açığı, heç vaxt düşünməmişdim ki, sosial media mənə ciddi təsir edir. Sadəcə baxıram, keçib gedirəm vəssalam. Amma bir dəfə dostlarla çölə çıxmaq istəyəndə, hara gedək? sualına cavab vermək çətin olmadı. Özüm də anlamadan bir məkan dedim. Sonra fikirləşdim ki, axı mən oranı haradan tanıyıram? Məlum oldu ki, son vaxtlar o yer storilərdə tez-tez qarşıma çıxıb 🤷‍♀️🤷‍♀️ Alış-verişdə də eyni şey baş verdi. Reklam olanda keçirdim. Amma biri evində göstərirdi, biri çantasında, biri sadəcə paylaşım adı ilə. Bir gün baxdım ki, mən artıq onu axtarıram, halbuki əvvəl ağlımda belə yox idi 😅 İş məsələsində də maraqlı oldu)) Bir vakansiyanı görmüşdüm, amma ciddi almamışdım. Sonra həmin şirkətin işçilərini izləməyə başladım ofis, insanlar, gündəlik iş. Bir az keçdi və CV-ni göndərdim, amma qərarın nə vaxt yarandığını xatırlamıram 😅😅😅 İndi anlayıram ki, sosial media mənim yerimə qərar vermirdi. Sadəcə mənə hansı variantların “yaxşı” göründüyünü göstərirdi. Qərarı isə mən verdiyimi düşünürdüm...

      Answer the question / Express your opinion

      answers

      Malak Newbie 2 months ago

      Salam 🥰 Sosial şəbəkələr həqiqətən də qərarlarımızı təsir edir, hətta biz bunu fərqinə varmadan. Başqalarının fikirlərinə, bəyənmələrinə, rəylərinə, həyat tərzinə baxırıq və bu tez-tez bizi eyni yolu seçməyə yönəldir)) istər istirahət yeri, istər alış-veriş, istərsə də vaxtı necə keçirmək. Əslində, qərar verməzdən əvvəl çox vaxt gördüklərimizlə özümüzü müqayisə edirik

      0