image
All
  • All
  • Baku
  • Ganja
  • Sumqayit
  • Shamakhi

Gənclər

    • Arif Newbie 1 day ago
      Gənclər

      Hər vaxtınız xeyir! Son illərdə gənclərin dünyaya baxışı, prioritetləri və həyat tərzi ciddi şəkildə dəyişib. Karyera, pul, azadlıq, şəxsi inkişaf və münasibətlər kimi anlayışlara yanaşma əvvəlki dövrlərdən fərqlənir. Sizcə, bu dəyişikliklər müsbətdir yoxsa cəmiyyət üçün risk yaradır?

      Answer the question / Express your opinion

      answers

      Shahla Newbie 1 day ago

      Salam)) Məncə, gənclər indi daha çox özlərini və daxili rahatlıqlarını düşünürlər. Əvvəllər insanlar daha çox cəmiyyətin gözləntilərinə uyğun yaşamağa çalışırdısa, indi gənclər öz seçimlərini ön plana qoyur. Xüsusilə psixoloji sağlamlıq mövzusu artıq tabu deyil və bu, böyük irəliləyişdir

      0
      Xatira Newbie 1 day ago

      Əslində dəyişən şey dəyərlər yox, yanaşmadır. Məsələn, əvvəllər sabit iş əsas idi, indi isə insanlar sevdikləri işi görmək istəyir. Bu pis deyil, sadəcə fərqli baxışdır

      0
      Fuad Newbie 1 day ago

      Axşamınız xeyir 👋 Hər dövrün öz reallığı və dəyərləri olur. Bugünkü gənclər texnologiya ilə böyüyüb və onların düşüncə tərzi fərqlidir. Məncə bu dəyişikliklər qaçılmazdır və zamanla cəmiyyət buna uyğunlaşacaq 🤷‍♂️

      0