Həyat və Məişət
Həyat və Məişət
-
-
Konul
Yeni
1 gün əvvəl
Balkonda nə əkək?Balkonda yazda nə əkə bilərəm ki, həm gözəl görünsün, həm də baxımı çox çətin olmasın? (bəli, bir az gülməli səslənir, amma mövzu aktualdır 😂)
-
-
-
Tarlan
Yeni
2 həftə əvvəl
Köçəndə ən çox nə əsəb edir?Hər vaxtınız xeyir olsun. Siz köçəndə ən çox nədən yorulursunuz əşyalar, qiymətlər, yoxsa ümumi proses?
-
-
-
Yalchin
Yeni
2 həftə əvvəl
Siz olsaydınız mərkəzdə kirayə, yoxsa kənarda öz eviniz?Sizcə, şəhər mərkəzində kirayə qalmaq daha yaxşıdır yoxsa bir az uzaqda öz evinə sahib olmaq?
-
-
-
Inci
Yeni
2 həftə əvvəl
Ev heyvanınızı özünüz yuyursunuz, yoxsa groomerə aparırsınız?Salam) Ev heyvanını evdə yumaq daha yaxşıdır, yoxsa groomerə aparmaq? Siz hansını seçirsiniz?
-
-
-
Naila
Yeni
2 ay əvvəl
Heyvanların isinməsi üçün mağazalara buraxılmasına necə baxırsınız?Salam😽Heyvanların isinməsi üçün mağazalara buraxılmasına necə baxırsınız?
-
-
-
Emil
Yeni
2 ay əvvəl
Yuxarı qonşular mənzili su basıblar, kimsə belə bir məsələ ilə bağlı məhkəməyə müraciət edib?Salam! Yuxarı qonşular mənzili su basıblar. Tavan, döşəmə və divar kağızları zərər görüb. Kimsə belə bir məsələ ilə bağlı məhkəməyə müraciət edib?
-
-
-
Konul
Yeni
3 ay əvvəl
Qlütensiz çörək bişirən varmı?Salam! ❤️🫠Qızlar, aranızda özü qlütensiz çörək bişirən varmı? Uğurlu reseptiniz varsa, paylaşa bilərsiniz? Mən bilirəm ki, internetdə çox resept var, amma hamısı fərqlidir və hansının yaxşı alınacağını bilmirəm. Təcrübə etməyə də vaxtım yoxdur. Çox minnətdar olaram.❤️❤️❤️
-
-
-
Zeyneb
Yeni
3 ay əvvəl
Multivarkada yağsız qızartma mümkündürmü?Hamıya salam!🖐️ Mən çoxfunksiyalı multivarka almaq istəyirəm amma bir sualım var bu qızartma funksiyası ilə bağlı. Yağsız tam qızartma etmək mümkündürmü, yoxsa yeməklər yanar? Mən daha çox buxarda bişirməyi üstün tuturam, amma bəzən qızartma istəyə bilərəm və qorxuram ki hər şey yanar, multivarka da sıradan çıxar. Xahiş edirəm deyin: Multivarkada yağsız qızartma mümkündürmü? Nə ilə bağlı əlavə məsləhətlər verə bilərsiniz ki cihaz bir ay sonra sıradan çıxmasın? (məsələn, necə düzgün istifadə etmək, hansı rejimlər, necə təmizləmək və s.)
-
-
-
Aysel
Yeni
3 ay əvvəl
Cam balkonSalam😇Kimin evində cam balkon var və balaca uşaqları var- necə təhlükəsiz etmisiniz? Elə olsun ki, həm təhlükəsiz, həm praktik, həm də estetik görünsün.
-
-
-
Orkhan
Yeni
3 ay əvvəl
Şüşəpaketin içində yaranan kondensat problemini aradan qaldırmaq mümkündürmü?Salam! Şüşəpaketin içində yaranan kondensat problemini aradan qaldırmaq mümkündürmü?
-
-
-
Jamal
Yeni
3 ay əvvəl
Gürcüstanın ən sevdiyin yeməyi hansıdır?Gürcüstandan salam ✌️ Buraya köçəndən sonra demək olar ki, hər fürsətdə yerli yeməkləri dadıram. Bəziləri dərhal xoşuma gəldi, bəzilərini isə sonradan sevməyə başladım. İndi maraqlıdır, sizin Gürcü mətbəxindən ən sevdiyiniz yemək hansıdır?
-
-
-
Khadija
Yeni
3 ay əvvəl
Kiraye qalan qonshular chox narahat edirSalam😪 kiraye qalan qonshular chox narahat edir. Ses kuylerinden artig bezmishik. Men polise ve vergiler nazirliyine zeng edib shikayet ede bilerem ki gelib kiraye qalana da, kiraye verene de xeberdarlig etsinler? Vergilere zeng etsem ki kiraye veren vergiden yayinir ona qarshi ne tedbir gorulecek? Amma deqiq bilmirem kiraye verdiyi eve gore vergi odeyir ya yox.
-
-
-
Kamran
Yeni
3 ay əvvəl
Yeni il gecəsi hansı yeməksiz keçməz?Salam. Sizcə Yeni il gecəsi hansı yeməksiz keçməz?
-
-
-
Kenan
Yeni
3 ay əvvəl
Təmirsiz yeni tikili üçün təmir edən şirkətlər maraqlandırırSalam! Təmirsiz yeni tikili almağı planlaşdırırıq. Açar təslim təmir edən şirkətlər maraqlandırır. Zəhmət olmasa, şəxsi təcrübənizə əsaslanaraq tövsiyə edin.
-
-
-
Javid
Yeni
3 ay əvvəl
Laminat tərpənirHər kəsə xoş gün arzulayıram🙏Mənə az əvvəl laminat döşədilər, üzərində gəzəndə tərpənir, demək olar ki, bütün mənzildə. Proраб deyir ki, bu altlıqdan qaynaqlanır və zamanla hər şey yerinə oturacaq. Amma mən nə düşünəcəyimi bilmirəm. Plintuslar da artıq quraşdırılıb. Məsləhət verin, onlar hələ mənzildəykən yenidən sökdürüb döşətdirmək lazımdır, yoxsa doğrudan da belə olmalıdır? Əvvəlcədən təşəkkür edirəm🙏🙏🙏
-
-
-
Nisa
Yeni
4 ay əvvəl
Ev heyvanının evdə narahat olduğunu necə anlamaq olar? 🐱Bizdə pişik var, əvvəllər qonaq gəlsə heç narahat olmurdu. Son vaxtlar isə qonaqlar gələndə dərhal gizlənir. Hətta divanın altından çıxmır
-
-
-
Malahat
Yeni
4 ay əvvəl
Əgər özünüzə məşhur bir insanı qonşu seçə bilsəydiniz, bu kim olardı?🙈Salam☺️Əgər özünüzə məşhur bir insanı qonşu seçə bilsəydiniz, bu kim olardı?🙈
-
-
-
Aylin
Yeni
4 ay əvvəl
Təmirdən sonra klininq servislərini məsləhət görə bilərsiniz?Salam🙂 Təmirdən sonra klininq servislərini məsləhət görə bilərsiniz? Məsələn 166 digərlərinə nisbətən daha bahadır. Amma o daha yaxşıdırmı? Yoxsa hamısı eynidir? Zəhmət olmasa məsləhət verin.
-
-
-
Mehriban
Yeni
4 ay əvvəl
Qonşu evdən perforator və çəkic səsiSalam. Xüsusi evlərdə yaşayanlara sualım var — istər villa, istərsə də kiçik həyət evi olsun. Mən 2 otaqlı həyət evində yaşayıram. Ev hər tərəfdən qoşa daşdan tikilib. Qonşu evdən, hasarın o tayından gələn perforator və çəkic səsi, həmçinin vibrasiya elə bil binada yaşadığım vaxtlardakı kimi eşidilir. Kimdə belə hal olub və ya hazırda olur? Səbəbi nədədir? Əvvəlcədən təşəkkür edirəm.
-
-
-
Lamiya
Yeni
4 ay əvvəl
Şüşə səbəbsiz yerə niyə belə partlaya bilər?Salam. Belə bir sualım var: avqust ayında duş kabinəsi quraşdırılmışdı, bu gün isə heç bir səbəb olmadan şüşə birdən-birə xırda-xırda olub partladı və bütün mənzilə səpələndi. Xoşbəxtlikdən həmin anda hamamda heç kim yox idi, evdə körpə uşağımız var — bunun hansı fəsadlara səbəb ola biləcəyini təsəvvür etmək belə qorxuludur. İndi quraşdırmanı edən şirkətə zəng edirəm, deyirlər ki, məsuliyyət daşımırlar və heç nəyi dəyişməyəcəklər. Sualım budur: şüşə səbəbsiz yerə niyə belə partlaya bilər?
-