Avtomobil Alışı
Avtomobil Alışı
-
-
Sabuhi
Yeni
3 həftə əvvəl
İndi maşın almaq sərfəlidir?Sabahınız xeyir 👋 Sizcə hazırda maşın almaq məntiqlidir, yoxsa qiymətlərə görə gözləmək daha yaxşıdır? Hansı modellər qiymətə dəyər?
-
-
-
Arzu
Yeni
1 ay əvvəl
Elektromobillər gələcəkdir, yoxsa sadəcə müvəqqəti trend?Son vaxtlar maşını dəyişmək istəyirəm və fikirləşirəm ki, bəlkə elektromobil alım. Öz-özümə deyirəm nə benzin növbəsi, nə də yanacaq qiyməti dərdi 😄 Amma sonra düşünürəm birdən şarj axtara-axtara şəhəri gəzərəm? Dostlardan biri deyir gələcək elektrikindir, o biri isə deyir hələ tezdir, sonra peşman olarsan 😄 İndi qalmışam iki fikir arasında.Telefon kimi powerbank daşımaq olmur axı 😄😄
-
-
-
Elvin
Yeni
1 ay əvvəl
Maşınların qiymətləri necə dəyişib və səbəbi nədir?Hər vaxtıınız xeyir. Burda sual verdilər ki maşın alanda səhvlər hansılardır, sonra dedim maşınların qiymətlərinə baxım, qiymətlər əvvəlki kimi deyil 🥲 bəzi modellər xeyli bahalaşıb, xüsusilə hibrid və yeni maşınlar...
-
-
-
Azer
Yeni
1 ay əvvəl
Bakida avtomobil alarkən ən çox edilən səhvlər nələrdir?Hamıya Salam. Son vaxtlar maşın bazarına baxdıqca görürəm ki, seçim etmək o qədər də asan deyil. Bakida qiymətlər fərqlidir, bəzən maşınlar yaxşı görünür, amma sonra problemlər çıxır. Tanışlardan da eşidirəm ki, tələsib alıblar və sonradan peşman olublar. texniki problemlər, gizli xərclər. Mən də düşünürəm maşın alanda insanlar ən çox hansı səhvləri edir və bunlardan necə qaçmaq olar?
-
-
-
Elvin
Yeni
1 ay əvvəl
Bakıda maşın almaqa aktual modellər və seçimlərHər vaxtınız xeyir hamıya. Sizcə Bakıda gündəlik istifadə üçün hansı maşın daha uyğundur?
-
-
-
Nazrin
Yeni
3 ay əvvəl
Bakida ilk maşını hansını seçmək daha yaxşıdır?Salam! Nəhayət sürücülük imtahanımı keçdim və artıq Bakıda ilk maşınımı almağı düşünürəm 🥹 Maşınlardan çox başım çıxmır, amma işə getmək, şəhərdə rahat hərəkət etmək üçün bir maşın istəyirəm. Əslində mən Miniləri çox sevirəm, çox şirin görünürlər, amma eşitdiyim rəylər qarışıqdır 🤷♀️ Büdcəm elə də böyük deyil, amma etibarlı və qənaətcil bir avtomobil almağa hazıram
-
-
-
Rauf
Yeni
3 ay əvvəl
Changan yoxsa Lixiang?Hamıya salam! Mən maşın seçimi qarşısındayam: Changan yoxsa Lixiang?
-
-
-
Ayan
Yeni
4 ay əvvəl
Volkswagen və Nissan etibarlı seçimlərdir, yoxsa risklidir?Həmişə eşidirəm ki, Toyota və Honda yaxşıdır, Kia və Hyundai-dən uzaq durun. Bəs Volkswagen və Nissan necədir?
-
-
-
Farid
Yeni
4 ay əvvəl
Siz maşın xərclərini azaltmaq üçün nə edirsiniz?Hər vaxtınız xeyir olsun. Yanacaq, texniki xidmət, sığorta avtomobil xərcləri çox olur bəs necə azaltmaq olar onları?
-
-
-
Tunar
Yeni
4 ay əvvəl
Avtomobil istehsalçılarının modellərinin dizaynını yeniləmə dövrlərini uzatmasını dəstəkləyirsinizmi?Hər vaxtınız xeyir olsun! Avtomobil istehsalçıları artıq modellərini hər bir neçə ildən bir yeniləmək əvəzinə, daha uzun müddət saxlayırlar. Məsələn, əgər bir model son illərdə yenilənibsə, növbəti dizayn dəyişiklikləri üçün 8–10 il gözləmək lazım olacaq. Bu, sahiblərin avtomobillərini daha uzun müddət istifadə etməsinə imkan verir və hər yeni model çıxdıqca avtomobili dəyişmək ehtiyacını azaldır. Eyni zamanda, bu uzun dövr yeni modellərin hazırlanması üçün xərcləri azaldır, nəticədə istehsalçıların qiymətləri daha sərfəli təklif etməsi mümkün olur. Digər istehsalçılar isə ənənəvi qısa dövrü saxlaya və ya yeni texnologiyalarla daha çox yenilənmiş modellər təqdim edərək rəqabət edə bilərlər 🤔
-